Şuşanın landşaftına təhlükə yaradan fəaliyyətlərə yol verilməyəcək

11:35 - 4.08.2022


4 avqust, Fineko/abc.az. Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının təbii landşaftına təhlükə yaradan hər hansı fəaliyyətə yol verilməyəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qeyd olunub ki, mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya qadağa qoyula bilər.

 

Bütün xəbərlər