Cari ildə AÇG üzrə xərclənən məsrəflər açıqlanıb

14:23 - 4.08.2022


4 avqus, Fineko/abc.az. 2022-ci ilin birinci yarısı ərzində Azəri-Çıraq-Günəşli (AÇG)  üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərcləyib.

ABC.AZ xəbər verir ki, bu barədə BP şirkətinin açıqladığı 2022-ci ilin birinci yarısının hesabatında deyilir.

İlin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləmişdir.

İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 75% tamamlanmışdı. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5000 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

Bütün xəbərlər