Bugünədək BTC boru kəməri ilə 3,87 mlrd barel xam neft nəql edilib

15:17 - 4.08.2022


4 avqust, Fineko/abc.az. 2022-ci ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait xərclənmişdir.

ABC.AZ xəbər verir ki, bu barədə BP şirkətinin açıqladığı hesabatda deyilir.

Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.

Bugünədək BTC boru kəməri vasitəsilə ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5087 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənmiş və yola salınmışdır.

Bütün xəbərlər