Altı ayda Şahdəniz yatağından 13 mlrd kubmetr qaz hasil edilib

15:34 - 4.08.2022


4 avqust, Fineko/abc.az. Cari ilin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil edilmişdir.

ABC.AZ BP şirkətinin  hesabatına əsasən xəbər verir ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

Bütün xəbərlər