Azərbaycanda hibrid və elektromobil kreditləri üzrə ilkin ödəniş açıqlanıb

04.08.2022,16:32


4 avqust, Fineko/abc.az. Azərbaycanda hibrid və elektromobil kreditləri üzrə ilkin ödəniş aşağı faizlə tətbiq ediləcək. Belə ki, elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20% olacaq.

ABC.AZ apa-ya istinadla xəbər verir ki, yenilik Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun təsdiq etdiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da öz əksini tapıb. Qeyd edək ki, sözügedən yenilik istehsal tarixi 3 ilə qədər olan elektromobil və 1 ilə qədər hibrid avtomobillərə şamil edilir.

Elektromobilin istehsal tarixi 3 ildən artıq olduqda, hibrid avtomobillərdə isə 3 ilə qədər olduqda ilkin ödəniş 40% təyin edilir. İstehsal tarixi 3 ildən çox olduqda hibrid avtomobillərdə ilkin ödəniş kreditin 50%-i həcmində nəzərdə tutulub.

Qeyd edək ki, bu qaydaya əsasən ənənəvi yanacaqla çalışan yeni avtomobillər üzrə kreditin ilkin ödənişi 40% saxlanılıb.