“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri mayın 28-də işləməyəcək

16:01 - 25.05.2018


25 may, Fineko/abc.az. Respublika günü münasibətilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində mayın 28-i qeyri-iş günü elan edildi.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat verir ki, mayın 29-dan etibarən vətəndaşlar ASAN mərkəzlərinin müvafiq xidmətlərinə yenidən müraciət edə biləcəklər.

Hazırda  13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

 

Bütün xəbərlər