Rusiyada avtomobil satışları 75% azalıb

04.08.2022,17:01


4 avqust, Fineko/abc.az. Avropa Müəssisələri Assosiasiyasının araşdırmasına görə, 2022-ci ilin iyul ayında Rusiyada yeni minik avtomobillərinin və yüngül ticari avtomobillərin  satışı ötən ilin eyni dövrü ilə müqayisədə 74,9% azalaraq 32,412 min ədəd təşkil edib.

Bu barədə ABC.AZ rusiya mediyasına istinadla xəbər verir ki, ümumilikdə 2022-ci ilin yanvar-iyul aylarında 368,85 min avtomobil satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 60,5% azdır.

Qeyd olunur ki, AvtoVAZ avtomobilləri satış liderləri oldu. İyulda bu maşınların satışlarının 68% azalaraq 10,323 min ədəd olmasına baxmayaraq, onlar son bir ayda birinci yerdədirlər.

İkinci yerdə iyulda satışları 77% azalaraq 3,9 min ədəd olan Kia avtomobilləri, üçüncü yerdə isə iyulda satışları 75% azalaraq 3,4 min ədəd olan Hyundai avtomobilləridir.