«Paşa Holdinq»in maliyyə qurumları bir ildə 315 mln. manat qazanıb

17:20 - 4.08.2022


4 avqust, Fineko/abc.az. «Paşa Holdinq»ə daxil olan və ölkə daxilində fəaliyyət göstərən  maliyyə təşkilatları 2021-ci ildə ümumilikdə 315 milyon manat xalis qazanc əldə edib.

ABC.AZ fed.az-a istiandla xəbər verir ki, bu barədə şirkətlərin açıqladığı maliyyə hesabatlarında deyilir.

Qeyd edilir  ki, «Paşa Holdinq»ə daxil olan maliyyə təşkilatları - «PAŞA Bank», «Kapital Bank», «PAŞA Həyat Sığorta», «PAŞA Sığorta» və «PAŞA Kapital» şirkətlərinin ümumi xalis mənfəəti 314 milyon 952 min manat təşkil edib.

2021-ci ildə ayrı-ayrı şirkətlər aşağıdakı məbləğlərdə xalis mənfəət əldə edib:

«Kapital Bank» - 179 963 min manat,

«Paşa Bank» - 90 180 min manat,

«Paşa Sığorta» - 24 634 milyon manat,

«Paşa həyat Sığorta» - 17 7 milyon manat,

«Paşa Kapital» - 2 461 min manat

Xatırladaq ki, 2021-ci ildə sözügedən şirkətlərin mənfəəti bir qədər az olub. 2020-ci ildə Holdinqin maliyyə təşkilatları ili 380 milyon manat qazancla bitirmişdilər. Belə ki, 2020-ci ildə

«Kapital Bank» - 253 milyon 836 min manat,

«PAŞA Bank» - 79 milyon 483 min manat,

«Paşa Həyat Sığorta» - 21 milyon 773 min manat,

«PAŞA Sığorta» - 20 milyon 690 min manat,

«PAŞA Kapital» 3 milyon 082 min manat xalis mənfəət əldə etmişdi.

Bütün xəbərlər