Azərbaycanda Kiçik və Orta Biznes evləri yaradılacaq

16:15 - 25.05.2018


25 may, Fineko/abc.az. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Kiçik və Orta Biznes Evləri yaradacaq.

Agentliyin icraçı direktoru Orxan Məmmədovun sözlərinə görə, sahibkarlığın dəstəklənməsi üzrə bütün  xidmətlər bu evlərdə cəmləşdiriləcək.

“Beynəlxalq təcrübə göstərir ki, xidmətlərin bir pəncərə prinsipi ilə göstərilməsi üsulu, daha keyfiyyətli xidmətlər təqdim etməyə imkan verir. Belə evlərin yaradılması məqsədi sahibkarların işinin effektivliyini, şəffaflığını təmin etməkdir”, - deyə O. Məmmədov bildirib.

 

Bütün xəbərlər