Neft bahalaşır, Brent barrel başına $94,49 təşkil edir

05.08.2022,09:20


5 avqust, Fineko/abc.az. Neftin etalon qiymətləri ötən iki sessiyanın nəticəsində güclü azalandan sonra cümə günü ticarətdə artmaqdadır.

London ICE Futures birjasında saat 09:00-da Brent neftinin oktyabr fyuçerslərinin qiyməti $0,37 (0,39%) - barrel başına $94,49-a qədər bahalaşıb. Avqustun 4-də hərracın nəticələrinə görə, Brent-in oktyabr fyuçerslərinin qiyməti $2,66 (2,75%) - barrel başına $94,12-ə düşüb.

Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:00-da WTI neftinin sentyabr fyuçersləri $0,54 (0,61%) - barrel başına $89,08-ə yüksəldi. Avqustun 4-də hərracın nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $2,12 (2,34%) - barrel başına $88,54-ə düşüb.