Kredit portfeli 1 mlrd manatdan çox olan banklar – Siyahı

05.08.2022,11:11


5 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (3 175,654 milyon manat), “Kapital Bank” (2 743,63 milyon manat), “PAŞA Bank” (2 444,313 milyon manat) və “Xalq Bank” (1 429,775 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 19-da kredit portfeli 100 milyon manatdan 1 milyard manata, 3 bankda isə 100 milyon manatdan azdır.