Kredit portfeli azalan Banklar - Siyahı

05.08.2022,12:20


5 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla  xəbər verir ki, bunlar “Premium Bank” və “Bank Avrasiya” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (11,8%), ən az azalma isə “Premium Bank”da (%) qeydə alınıb.

Qalan 23 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (70,9%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (0,4%) qeydə alınıb.