Sığorta sahəsində attestasiya keçiriləcək

14:44 - 5.08.2022


5 avqust, Fineko/abc.az. Avqustun 10-da sığorta sahəsində attestasiya keçiriləcək.

ABC.AZ Mərkəzi Bankının məlumatına istinadla xəbər verir ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 8 namizəd Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Bütün xəbərlər