MN: Gərginliyə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

10:09 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd edək ki, ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub.

 

Bütün xəbərlər