Tezliklə mobil telefonla qatarlara elektron bilet almaq mümkün olacaq

11:09 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn rejimdə elektron bilet alan sərnişinlərin kassaya yaxınlaşmasına ehtiyac olmayacaq.

ABC.AZ “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadla xəbər verir ki,  ADY-nin rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına 10 avqust 2022-ci il tarixindən etibarən onlayn rejimdə alınmış biletlər artıq avtomatik olaraq  elektron qeydiyyatdan keçirilir.

Həmçinin qeyd edilir ki,  yaxın zamanda ADY-nin istifadəyə verəcəyi yeni mobil tətbiqi vasitəsilə də elektron bilet almaq mümkün olacaq. 

Bütün xəbərlər