“Şimal-Cənub” layihəsinin idarə edilməsi operatoru artıq bu il yaradıla bilər

17:10 - 25.05.2018


25 may, Fineko/abc.az. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin iştirakçıları artıq cari ildə layihənin idarə olunması üzrə operator yarada bilər.

“Rusiya Dəmir Yolları” ASC-in  baş direktorunun birinci müavini Aleksandr Mişarin qeyd edib ki, hazırda vahid operatorun yaradılması məsələsi müzakirə olunur.

“Mən, bu işləri cari ildə başa çatdıracağımıza  ümid edirəm.  Bunun üçün, ilk növbədə İran, Hindistan, Azərbaycan və Qazaxıstanın  razılığını almalıyıq (ilkin razılaşma var) və şirkəti təsis etməliyik”, - deyə Aleksandr Mişarin bildirib.

 

Bütün xəbərlər