Nazir: Cari ildə sənaye zonalarında 1,3 mlrd manatlıq məhsul istehsal edilib

11:41 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Cari ilin birinci yarısında 1,3 milyard manat məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 33,1 faiz (543,9 milyon manat) olub.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tvitter səhifəsində qeyd edib.

Nazir bildirib ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

Bütün xəbərlər