Daha 24 Rusiya müəssisəsi Azərbaycana heyvandarlıq məhsulları ixrac edəcək

12:10 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsulları ixrac etməyə icazə verib.

ABC.AZ "Report"-a istinadla  xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Məlumata görə, ixrac icazələri həmin müəssisələrin məhsullarının Azərbaycanın baytarlıq-sanitariya tələblərinə uyğun olması ilə bağlı "Rosselxoznadzor"un zəmanət əsasında verilib.

Hazırda 1 074 Rusiya müəssisəsi Azərbaycana məhsul ixrac etmək hüququna malikdir.

Bütün xəbərlər