Moody's İtaliya, Çexiya və Slovakiyanın reytinq proqnozunu aşağı salıb

08.08.2022,12:32


8 avqust, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi “Moody`s” İtaliya, Slovakiya və Çexiya iqtisadiyyatının reytinqi üzrə proqnozu “stabil”dən “mənfi”yə dəyişib. 

ABC.AZ Agentliyin saytında verilən məlumata görə xəbər verir ki,  üç ölkənin xarici və milli valyutada uzunmüddətli emitent reytinqləri əvvəlki səviyyələrdə - müvafiq olaraq "Baa3", "A2" və "Aa3" səviyyəsində təsdiqlənib.

Agentliyin analitiklərinin fikrincə, Çexiya və Slovakiyanın reytinq üzrə proqnozunun "mənfi" olması bu ölkələrin Rusiya enerji resurslarından böyük dərəcədə asılı olması ilə bağlıdır ki, son vaxtlar Aİ ölkələrinə təchizatı azalıb.

İtaliyanın reytinq proqnozunun pisləşməsinə səbəb kimi Ukrayna hadisələrinin mənfi nəticələri və daxili siyasi dəyişikliklər göstərilir.