Qaradağda yolların yenidən qurulmasına pul ayrıldı – Sərəncam

14:01 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən  Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş, Qobustan, Lökbatan və Sahil qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə  5,3 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bütün xəbərlər