Almaniya “Şimal axını 2”nin işə salınmasını istisna edir

17:03 - 8.08.2022


8 avqust, Fineko/abc.az. Almaniya hökuməti ölkədə qaz çatışmazlığı ilə bağlı çətin vəziyyəti həll etmək üçün “Şimal axını 2” boru kəmərinin işə salınmasını istisna edir.

ABC.AZ xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebestreit bildirib.

Hebestreit əlavə edib ki, Almaniya hökuməti ağır vəziyyətdən qaçmaq üçün müxtəlif tədbirlər görüb, o cümlədən LNG qəbulu üçün terminallar tikmək üçün tədbirlər görüb.  Almaniya Aİ və beynəlxalq ictimaiyyətdə müzakirə olunan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə hazırlaşır.

Bütün xəbərlər