Türkiyəyə TANAP-la nəql olunnan qazın həcmi açıqlanıb

08.08.2022,17:28


8 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyul aylarında Türkiyəyə TANAP-la 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Bu barədə ABC.AZ Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir.

Bildirilir ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin avqustun 1-dək “Azəri-Çıraq-Günəşli”dən 198 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 172,3 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 119,5 milyard kubmetr həcmi ixraca nəql olunub.