“AÇG” və “Şahdəniz” -dən 596,9 mln. ton neft hasil edilib

10:25 - 9.08.2022


9 avqust, Fineko/abc.az. 2022- ci ilin yeddi ayı  dövründə 15,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,7 milyon tona yaxını konsorsiumun, 0,9 milyon tonu isə SOCAR-ın payına düşüb.

ABC.AZ Energetika Nazirliyinin məlumatına istinadla xəbər verir ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin avqustun 1-dək 596,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

“Azəri-Çıraq-Günəşli”dən 558,5 milyon ton neft, “Şahdəniz”dən isə 38,4 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin avqustun 1-dək 595 milyon tonu ixraca nəql edilib.

Bu ilin yanvar-iyul aylarında ölkədə neft emalı 3,4 milyon ton olub.

Bütün xəbərlər