Öhdəlikləri artan banklar- Siyahı

10:54 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il iyulun 1-nə öhdəlikləri illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Bank VTB Azərbaycan” və “Azərbaycan Sənaye Bankı” (ASB)ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma ASB-də (17%), ən az azalma isə “Bank VTB Azərbaycan”da (8,2%) qeydə alınıb.

Qalan 23 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (93,8%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (1,5%) qeydə alınıb. 

Bütün xəbərlər