Yeddi ayda meyvə-tərəvəz məhsullarının ixracı 11,5% artıb

09.08.2022,11:55


9 avqust, Fineko/abc.az. Cari  ilin yanvar-iyul ayları ərzində meyvə-tərəvəz məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ABC.AZ “İxrac icmalı”nın avqust sayına əsasən xəbər verir.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2%, artıb.

2022-ci ilin iyul ayı üzrə ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 17,2% təşkil etməklə 224,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq 61,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq 162,9 milyon ABŞ dolları təşkil edib.