Avropa Mərkəzi Bankı zəif avrozonanın dövlət istiqrazlarını alır

12:26 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) avrozonanın ən həssas ölkələrindən milyonlarla avro dəyərində dövlət istiqrazları alır.  Beləliklə, onları iqtisadi qeyri-sabitlik dövründə dəstəkləməyi planlaşdırır.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, AMB iyun və iyul aylarında  İspaniya, İtaliya və Yunanıstanın dövlət istiqrazları bazarına 17 milyard avro sərmayə qoyub.

Qeyd olumur ki, AMB-nin qəbul etdiyi tədbir avrozona ölkələrinin iqtisadiyyatları arasında uçurumu cilovlamağa kömək edir.

Bütün xəbərlər