Azərbaycanda aqrar sığorta sahəsində qanunverici baza təkmilləşdiriləcək

13:23 - 23.10.2017


Azərbaycanda aqrar sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə layihənin yekun müzakirəsi keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyində bildirildiyi kimi, yekun müzakirə idarə, Maliyyə Bazarlarına Nəzarət Palatası və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC)  nümayəndələrindən ibarət olan işçi qrupu tərəfindən keçirilmişdir.

Məlumatda qeyd edilir: “Yeni qanun layihəsi, aqrar sığorta sahəsində qanunverici bazanın təkmilləşdirilməsi, aqrar sığortanın müasir modelinin işlənib hazırlaması, sistemin effektivliyi üçün müvafiq  normativ bazanın təşkili və müvafiq texniki bazanın yaradılması üçün nəzərdə tutulmuşdur”.

 

Bütün xəbərlər