Banklar valyuta hərracına tələbi 20% artırıblar

12:43 - 9.08.2022


9 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 9-da keçirilən valyuta hərracında $46,1 mln satılıb ki, bu da ötən hərracda olduğundan $7,8 mln (20,37%) çoxdur.

"Banklar tərəfindən valyuta hərracında tələb $46,1 mln. təşkil edib və tam təmin edilib", - AMB-nin məlumatında deyilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər