Yeni qeydiyyata alınmış kommersiya qurumlarının sayı artıb

15:22 - 9.08.2022


9 avqust, Fineko/abc.az. 2022-ci ilin 7 ayı ərzində dövlət qeydiyyatdan keçən kommersiya qurumlarından 6.724-ü (76%) yerli investisiyalı, 2.119-u (24%) xarici investisiyalı qurumlardır.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 12,5 % artıb.

Bütün xəbərlər