Qeydiyyata alınmış xarici investisiyalı kommersiya qurumularının sayı açıqlanıb

09.08.2022,15:40


9 avqust, Fineko/abc.az. 2022-ci ilin 7 ayı ərzində fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1%,  fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 15,3% artıb.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumatına istinadla xəbər verir.

2022-ci il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.

Qeyd olunan tarixə 18.959 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib, ötən illə müqayisədə fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 21,5 faiz  artıb.