İKZF-nin istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb

17:24 - 9.08.2022


9 avqust, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.

ABC.AZ Bakı Fond Birjasına istinadla xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, avqustun 8-də AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, avqustun 8-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 710,57 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3 faizlik faiz gəliri 710,57 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 710,57 manat olması nəzərə alınmalıdır.

Bütün xəbərlər