İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində iştirak edir

29.05.2018,10:31


29 may, Fineko/abc.az. Bu gün Bakıda Səngəçal terminalının ərazisində “Cənub qaz dəhlizi”  layihəsinin açılış mərasimi keçirilir.

Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

“Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz qaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsi, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərinin genişləndirilməsi layihəsidir. Əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin artırılmasından ibarət olan layihənin uzunluğu 3,500 km təşkil edir.