Depozit portfeli 1 mlrd. manatdan çox olan banklar – Siyahı

10:58 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (9 120,483 milyon manat), “Kapital Bank” (6 088,25 milyon manat), “PAŞA Bank” (5 951,519 milyon manat) və “Xalq Bank” (1 705,609 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 3 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Bütün xəbərlər