Bakıda ticarət dövriyyəsinin həcmi 4,6% artıb

11:48 - 10.08.2022


10 avqust, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 4,6 faiz artaraq 13 milyard 5,5 milyon manat təşkil edib.

Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir .

Bildirilir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7 milyard 779,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,5 faiz azalaraq 5 milyard 226 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Bütün xəbərlər