Sahibkarlığın İnkişafı Fondu bu il 65,7 mln. manat güzəştli kredit verib

12:09 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Cari ilin ötən dövrü ərzində sahibkarların 1589 layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib.

Bu barədə ABC.AZ Sahibkarlığın İnkişafı Fonduna istinadla xəbər verir.

Qeyd olunur ki, iqtisadiyyatın sahələri üzrə verilmiş kredit sayının 96,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,5 faizi sənaye məhsullarının istehsalı və emalı, 0,4 faizi turizm, 0,8 faizi isə digər (xidmət, tibb və s.) sahələrin inkişafına yönəldilib. Kreditlərin məbləğ üzrə 71 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 14,8 faizi sənaye məhsullarının istehsalı və emalı, 2 faizi turizm, 12,2 faizi isə digər (xidmət, tibb və s.) sahələrin payına düşür.

Bütün xəbərlər