Nazir : Azərbaycan İnvestisiya Şirkəti quru meyvələrin istehsalı zavoduna investisiya qoyacaq

15:50 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 milyon manat investisiya qoyulması barədə müqavilə imzalanıb.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.

 

Bütün xəbərlər