Auditor xidmətlərinin dəyərinin minimum hədləri dəyişdiriləcək

17:32 - 10.08.2022


10 avqust, Fineko/abc.az. Auditorlar Palatasında ölkə ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair “Dəyirmi masa” keçirilib.

Bu barədə ABC.AZ quruma istinadən xəbər verir.

İclasda çıxış edən Palatanın icraçı direktoru və işçi qrupunun rəhbəri Səbuhi Gülməmmədov qeyd edib ki, Türkiyə təcrübəsini nəzərə almaqla, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya şərait yaradan hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsi, xidmət bazarında haqsız rəqabətə yol verilməməsi və sifarişçi təsərrüfat subyektlərində auditor xidmətlərinin dəyəri barədə obyektiv fikrin formalaşdırılması məqsədilə auditor xidmətlərinin dəyərinin minimum hədləri yenidən işlənib hazırlanıb.

Yeni layihəyə əsasən, minimum hədlərin tətbiqi auditor təşkilatları və sərbəst auditorlar üçün məcburi xarakter daşıyır.

Auditor xidmətlərinin dəyərinin minimum hədlərinə dair layihənin Auditorlar Palatasının Şurasının növbəti iclasında müzakirə olunmaq üçün təqdim edilməsi qərara alınıb.

Bütün xəbərlər