Neft ucuzlaşır, Brent barrel başına $97,07 təşkil edir

09:20 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə yüksəlişdən sonra cümə axşamı günü bazarda neftin etalon markalarının qiymətləri azalır.

London ICE Futures birjasında saat 09:08-də Brent neftinin oktyabr fyuçersləri $0,33 (0,34%) - barrel üçün $97,07 ucuzlaşıb. 10 avqust ticarətinin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersləri $1,09 (1,13%) - barrel başına $97,40-ə yüksəldi.

Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində, saat 09:08-də WTI neftinin sentyabr fyuçersləri $0,37 (0,40%) - barrel başına $91,56-a düşdü. 10 avqust ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $1,43 (1,58%) - barrel başına $91,93-ə yüksəldi.


Bütün xəbərlər