10:32 - 11.08.2022
11 avqust, Fineko/abc.az. “Şahdəniz” yatağından Azərbaycan təbii qazını Bolqarıstana çatdırılmalı olan Yunanıstan-Bolqarıstan (IGB) interkonnektorunun istismara verilməsində müəyyən gecikmə texniki xarakter daşıyır və sənədlərdəki uyğunsuzluqla əlaqədardır”.
ABC.AZ bu barədəd “Report”a istinadla xəbər verir ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun layihə şirkəti - ICGB-dən məlumat verilib.
“Bolqarıstanın Ticarət Reyestri ICGB şirkətinin idarəçiliyindəki dəyişiklikləri qeydə almaqdan imtina edib. Buna səbəb Ticarət Reyestrinin şirkətin Yunanıstandan olan İdarə Heyətinin üzvlərindən birini identifikasiya edə bilməməsi olub. Belə ki, onun adı yunan, bolqar və ingilis dilində fərqli yazılıb. Bu uyğunsuzluğu düzəltmək üçün ICGB onun eyni şəxs olduğunu təsdiqləyən bütün lazımi sənədləri təqdim edib”, - ICGB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Bolqarıstan Ticarət Reyestrində qeydiyyat Bolqarıstan və Yunanıstanın milli tənzimləyiciləri (EWRC və RAE) tərəfindən sertifikatlaşdırma tələblərini yerinə yetirmək, həmçinin Avropa Komissiyasının təsdiqi üçün çox vacib elementdir: “Sertifikatlaşdırma, öz növbəsində, Yunanıstan-Bolqarıstan interkonnektorunun kommersiya istismarına başlanılması üçün lazımdır”.
Operatordan bildiriblər ki, şirkət payız-qış istilik mövsümü başlamamışdan qabaq interkonnektorun kommersiya məqsədli istifadəyə verilməsinə nail olmağa çalışır: “ICGB kommersiya fəaliyyətinə başlamaq, bütün şərtlərin mümkün qədər tez yerinə yetirilməsini təmin etmək üçün podratçı şirkətlərlə və iki ölkənin bütün müvafiq qurumları ilə sıx əməkdaşlıq edir”.
Bundan başqa, ICGB-dən məlumat veriblər ki, adı çəkilən interkonnektor Bolqarıstanın təbii qaza olan tələbatını demək olar ki, tamamilə ödəyə bilər: “IGB istismara verilməsinin son mərhələsindədir və bu, ən prioritet layihələrdən biridir. IGB-nin milli və beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb etməsini, regiondakı mövcud vəziyyəti nəzərə alaraq ICGB qəti şəkildə inanır ki, bütün maraqlı tərəflər bu layihəni əsas prioritet kimi qəbul edirlər. Layihə operatoru bütün təşkilati və inzibati tələblərə cavab verir və həm Bolqarıstan, həm də Yunanıstanın dövlət qurumları ilə əməkdaşlıq edir”.
Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
29 Sentyabr 2023
Azərbaycanda vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı ötən ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.
29 Sentyabr 2023
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
29 Sentyabr 2023
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2.4 milyard ABŞ dolları olacaq.
29 Sentyabr 2023
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq.
29 Sentyabr 2023
“TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik.
29 Sentyabr 2023
1 Oktyabr 2023
1 Oktyabr 2023
1 Oktyabr 2023
30 Sentyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023