“Moldovaqaz” avqust ayı üçün “Qazprom”a avans ödəməyəcək

11.08.2022,10:53


11 avqust, Fineko/abc.az. Moldovaqaz maliyyə çatışmazlığı səbəbindən avqust ayı üçün Qazprom-a avans ödəməyəcək.

ABC.AZ xəbər verir ki, “Moldovaqaz” rəhbəri bunu maliyyə çatışmazlığı ilə izah edib. 

Avqustda Rusiya qazının alış qiyməti 1000 kubmetr üçün 1460 dollardan çox olduğundan Şirkət Qazpromdan ödənişlərin təxirə salınmasını istədi.

Şirkət dördüncü rübdə müqaviləyə uyğun olaraq fərqli qiymət düsturunun tətbiq ediləcəyinə və beləliklə, alış qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyinə ümid edir.