Azərtac-ın mənfəəti kəskin artıb

11.08.2022,14:31


11 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2021-ci ili 544 min manat mənfəətlə başa vurub.

ABC.AZ "Renkinq"-ə istinadla xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 11,6 dəfə çoxdur.

Bu il yanvarın 1-nə AZƏRTAC-ın aktivləri və balans kapitalı 27,735 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,3% azdır. Qurumun öhdəlikləri olmayıb.

Xatırladaq ki, AZƏRTAC 1920-ci ildən fəaliyyət göstərir, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.