Abramoviç Böyük Britaniyadakı aktivlərini sata bilmir

14:38 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Rusiyalı milyarder (6,9 milyard dollar sərvəti ilə Forbes reytinqində 17-ci yer) Roman Abramoviç Ukraynada münaqişə başlayandan sonra ən böyük aktivi olan Evrazdakı payını (28,64%) və Böyük Britaniyadakı daşınmaz əmlakını sata bilmir.

ABC.AZ Bloomberg-ə istinadla xəbər verir ki, may ayında Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən Evraz şirkətinin səhmləri bu il 87% ucuzlaşdı və daha sonra sanksiya siyahısına salındıqdan qısa müddət sonra donduruldu.

Bütün xəbərlər