Bakıda Heydər Əliyev prospektindəki hərəkət qismən məhdudlaşdırılacaq

11:28 - 29.05.2018


29 may, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə xəbərdarlıq edir.

Agentliyin məlumatına görə, bu gün saat 11:00-dan Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından hava limanına qədər hissəsində yol nişanlarının çəkilməsi üzrə işlər aparılacaq.

“Bir istiqamətdə işlər saat 23:00-a qədər, əks istiqamətdə isə növbəti günün səhər saatlarına qədər davam edəcək. Bu sahədəki hərəkət qismən məhdudlaşdırılacaq”, - deyə məlumatda bildirilir.

 

Bütün xəbərlər