Azərbaycan neftinin qiyməti endi

11:36 - 29.05.2018


29 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 2,57 dollar (3,21%) azalıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,55 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin iyul ayının fyuçersinin  qiyməti  1,09 dollar (1,61%) azalmışdır və hazırda 66,79 dollar/barelə təşkil etmişdir.

Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftə olan iyul fyuçerslərin qiyməti 0,25 dollar (0,33%) qalxaraq 75,55 dollar / barelə təşkil edir.

“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi  hazırda 8,76 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər