BEA Rusiyada neft hasilatı ilə bağlı proqnozunu artırıb

17:16 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyinin (BEA) əvvəlki proqnozu Rusiyanın 2022-ci ildə gündəlik 10,6 milyon barel hasil edəcəyini nəzərdə tuturdu, lakin indi BEA orta illik hasilatın 10,86 milyon səviyyəsində olacağına inanır ki, bu da “2021-ci ildən nisbətən az fərqlənir”.

ABC.AZ xarici mediyaya istinadla xəbər verir ki, BEA aylıq hesabatında Rusiyada gündəlik neft hasilatının artımı ilə bağlı proqnozu 260 min barel artıtıb.

“Biz avqust ayından noyabr ayına kimi Rusiya neft hasilatının tədricən azalacağını və emal həcmlərində gözlənilən azalmanın olacağını gözləyirik və AB-nin Rusiya neftinə embarqosunun qüvvəyə mindiyi dekabrda azalmanın daha kəskin olacağına inanırıq. Bu, 2022-ci ildə orta illik hasilatın sutkada 10,86 milyon barrel olacağına gətirib çıxaracaq ki, bu da 2021-ci ildən az fərqlənir”, - deyə hesabatda bildirilir.

BEA-nın əvvəlki proqnozu 2022-ci ildə Rusiyanın gündəlik 10,6 milyon barel neft hasil edəcəyini nəzərdə tuturdu.

Bütün xəbərlər