Azərbaycan BƏƏ-nə efir yağları ixrac edəcək

09:59 - 12.08.2022


12 avqust, Fineko/abc.az. Zaqatala rayonunda yerləşən “Ləcheq” MMC ilə Birləşmiş Ərəb Əmirliklərinin Ajman şəhərindəki “Lavish Perfumes” şirkəti arasında efir yağlarının bu ölkəyə ixracına dair müqavilə imzalanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə bu il ərzində 6 ton efir yağının BƏƏ-yə ixracı nəzərdə tutulur. Növbəti illərdə isə BƏƏ ilə yanaşı, digər Körfəz ölkələrinə də ixracla bağlı razılıq əldə edilib.

Bütün xəbərlər