Balans kapitalı 400 mln. manatdan çox olan banklar

10:28 - 12.08.2022


12 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 559,518 milyon manat), “Kapital Bank” (627,655 milyon manat), “PAŞA Bank” (582,116 milyon manat) və “Xalq Bank” (456,258 milyon manat) ASC-lərdir.

Qalan 22 bankdan 9-da balans kapitalı 100-200 milyon manat arasında, 12 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Bütün xəbərlər