MİDA 815 güzəştli mənzili satışa çıxarır

11:39 - 12.08.2022


12 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Bakı şəhəri Yasamal rayonunun Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ümumilikdə 815 mənzilini satışa çıxarır.

ABC.AZ -a MİDA-ya istinadla xəbər verir ki, satış sentyabrın 15-də saat 11:00-da başlayacaq və sentyabrın 22-də saat 11:00-dək davam edəcək.

Məlumata əsasən, gözləmə qaydasında mənzillərin seçimi sentyabrın 19-da saat 11:00-da başlayacaq və sentyabrın 22-də saat 11:00-dək davam edəcək.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Bütün xəbərlər