Yeddi ayda təbii qazın qəbulu 4,8 mlrd. kubmetr təşkil edib

10:51 - 15.08.2022


15 avqust, Fineko/abc.az. “Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov cari ilin yeddi ayının və iyulun statistik rəqəmləri haqqında məlumat verib.

ABC.AZ xəbər verir ki, İB üzrə təbii qazın qəbulu yanvar-iyul aylarında 4 milyard 825 milyon kubmetr, o cümlədən iyul ayında 316 milyon kubmetr olub. Qəbul edilən qazın 1 milyard 428 min kubmetri sənaye xətləri üzrə, 3 milyard 397 min kubmetri isə əhali xətləri üzrədir.

İyul ayı ərzində 191 milyon kubmetr qaz sənaye xətləri üzrə, 125 min kubmetr qaz əhali xətləri üzrə qəbul edilib.

Ötən ilin müvafiq ayları ilə müqayisədə bu il qazın qəbulu 342 milyon kubmetr artıb. Cari ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə əhali xətləri üzrə 13 milyon kubmetr azalma, sənaye xətləri üzrə isə 355 milyon kubmetr artım qeydə alınıb. İyulda keçən ilin müvafiq ayı ilə müqayisədə 14 milyon kubmetr artım olub: bundan əhali və sənaye xətləri üzrə hər biri 7 milyon kubmetr olmaqla təşkil edib.

Bütün xəbərlər