Büdcə gəlirlərində qeyri-neft sektorunun payı 52,5 faizə qalxıb

16:00 - 15.08.2022


15 avqust, Fineko/abc.az.  Cari ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri 14 milyard 205,5 milyon manat məbləğində icra edilib ki, bu da müvafiq dövr üçün nəzərdə tutulmuş büdcə gəlirlərinin 107,4 faizinə bərabərdir.

Bu barədə ABC.AZ Hesablama Palatasının 2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatına əsasən xəbər verir.

Hesabat dövründə icra edilmiş gəlirlərin məbləği ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20,8 faiz çoxdur.

Qeyri-neft sektoru üzrə Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların qeyri-neft ÜDM-nə nisbəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faizə yüksəlib.
Hesabat dövründə büdcə gəlirləri proqnoza nisbətən 7,4 faiz, ötən ilin müvafiq dövrünə nisbətən 20,8 faiz çox olub, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin xətti ilə gəlirlərin artımı Dövlət Neft Fondunun vəsaitlərinə qənaət etməyə imkan yaradıb.

Belə ki, Dövlət Neft Fondunun transfertləri 1712 milyon manat kəsirlə icra edilib, bu, büdcə gəlirlərində proqnozla müqayisədə Dövlət Vergi Xidmətinin xətti hesabına əldə edilmiş əhəmiyyətli artıma azaldıcı təsir edib.
Gəlirlərin 7 milyard 456,7 milyon manatı qeyri-neft gəlirlərindən, 6 milyard 748,8 milyon manatı isə neft gəlirlərindən ibarətdir. Ötən ilin müvafiq dövrünə nisbətən qeyri-neft gəlirlərinin daha sürətlə artması büdcə gəlirlərində qeyri-neft sektorunun payının 52,5 faizə yüksəlməsi ilə nəticələnib.

Bütün xəbərlər